Türkiyəli aktyor: “Azərbaycan da acı çəkir”  – FOTO

Türkiyəli aktyor: “Azərbaycan da acı çəkir”  – FOTO

Hazırda oxunan: Türkiyəli aktyor: “Azərbaycan da acı çəkir”  – FOTO

119354

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ölkəmizin dəstəyini yüksək qiymətləndirib və təşəkkürünü yayımladığı post vasitəsi ilə çatdırıb.

“Belə bir birlik nümunəsi ancaq bu torpaqlarda yaşayanlara məxsusdur. Azərbaycan da daxil bütün ölkə zəlzələ bölgəsindəkilər kimi acı çəkir, ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməklərindən utanırlar. Bu, möhtəşəm birlik nümayişidir. Ürəyinə sağlıq, mənim millətim”, - deyə Kaynarca vurğulayıb. 
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 min 391 nəfərə, yaralananların sayı isə 62 min 914 nəfərə çatıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO