"Bir aydır ki, əziyyət çəkirik. Bu virus yenə də başımızın üstündə dolanır. İki aydır ki, sağalıb, özümə gələ bilmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Vüsalə Əlizadə aparıcısı olduğu "7 canlı" axşam şousunda deyib.
Televiziya ulduzu Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım üçün insanların köhnə və istifadə olunmuş geyimlərinin gətirməsinə qarşı çıxıb.
Vüsalə bildirib ki, bu cür paltarlar gigiyenik baxımdan təmiz deyil və infeksiyanın yayılmasına səbəb ola bilər.
"Yardım edən insanlar, efir vasitəsi ilə sizə müraciət edirəm, nimdaş, geyinilmiş, lazımsız geyimlərinizi aparmayın, göndərməyin. Bəzi yardım qutularının içləri açılıb, oradan o qədər lazımsız əşyalar çıxıb ki, bu utancvericidir. Həkimlər, gigiyena ilə məşğul olan insanlar, yardım heyətlərinin rəhbərləri xahiş etdilər ki, yay mövsümünə aid, gərəksiz paltarları göndərməyək. Bunu öz sosial şəbəkə hesabımda da paylaşdım. İzləyicilər yazdılar ki, bu Azərbaycana aid deyil. Bizim payımız getməyib. Bu, bir örnək, bu, bir işarədir ki, belə şeyləri etməyin. Adımız, hörmətimiz, sanbalımız var. Beş nəfər yığılsa gedib bir uşaq bezi ala bilərik".
Verilişin gedişatında Əlizadə ana ilə övladının dağıntılar altında qalaraq həlak olmasından danışaraq, göz yaşı axıdıb:
"Bir sima, efir və gündəm adamı ola bilərik. Hamımız daşın, taxtanın altında bir qəlb daşıyırıq. Bir ana olaraq o görüntünü görəndən sonra səhərə kimi gözümü yummamışam. Sağlamlığımla mübarizə aparıram və iki gündür gördüyüm bu görüntülər,... Balasını bağrına basan ana və körpəsinin donmuş cəsədi məni kövrəldən görüntülər idi.
İkinci görüntülər isə bir babanın cibindən çıxartdığı şiniyyatı iki gündür yeyə bilməyib, dağıntılar altında tapılacaq uşaqlarına verəcəyini deyib, gözləməsidir (ağlayır)".
Qeyd edək ki, bu saata olan ən son məlumata görə Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 min 57 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 min 979 nəfər yaralanıb. Dağılan bina sayı isə 6 min 444 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media