Aktyor Kamran Ağabalayev Türkiyədə baş verən dəhşətli təbii fəlakət zamanı zərərçəkənlərə yardım göndərən şəxslərə tövsiyyə edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə insanların ikinci əl geyimləri gətirdiyini söyləyib.
Kamran bildirib ki, bu cür paltarlar gigiyenik baxımdan təmiz deyil və infeksiyanın yayılmasına səbəb ola bilər.
"Çox xahiş edirəm, anlayışla qarşılayın. Mənim tələbim deyil, Qızıl Aypara Cəmiyyəti bunu istəyir. Dağıntıların altından çıxanların immuniteti zəifdir. Geyinilmiş paltarlardan mikrob qapa bilər. Evinizdə lazım olmayan nələrisə gətirmək yardım etmək demək deyil", - deyə Ağabalayev vurğulayıb.
Qeyd edək ki, Türkiyədə təbii fəlakət zamanı həlak olanların sayı 8574 nəfərdir. Məlumata görə, 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:51 / 08.02.2023
Aktyor Kamran xahiş etdi: "Evinizdəki lazımsız əşyaları gətirməyin" - VİDEO
Hazırda oxunan: Aktyor Kamran xahiş etdi: "Evinizdəki lazımsız əşyaları gətirməyin" - VİDEO
Hazırda oxunan: Aktyor Kamran xahiş etdi: "Evinizdəki lazımsız əşyaları gətirməyin" - VİDEO
119233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.