“Bir gün keçib, həlak olanların sayı isə durmadan artır. Hadisə yerində çəkilən videoları izləmək çox çətindir. Bu necə dəhşətli mənzərədir...”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında yazıb.
Türkiyədə baş verən təbii fəlakət zamanı lentə alınan videonu sosial şəbəkə hesabında paylaşan sənətçi kədərini bu sözlərlə ifadə edib:
“Dağıntılar altından qurtardığı övladı atanın qollarında can verir... Bunları izləməyə ürək dözmür. İlahi, sən özün körpələrə, insanlara kömək ol. Allahdan dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə səbr, güc diləyirəm. Başın sağ olsun, Türkiyə”.
Kazımova videonu Eldar Mansurovun “Keçmiş olsun” bəstələdiyi nəğməsi sədaları altında yayımlayıb. Sözügedən bəstə 1999-cu ilin avqustunda Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olanlara ithaf olunub.
Rəşad Əliyev, Bizim.Media