Yoldaşını itirən Cavan Zeynallı:

Yoldaşını itirən Cavan Zeynallı: "Oxusam, Rayanın ruhu şad olacaq" - VİDEO

Hazırda oxunan: Yoldaşını itirən Cavan Zeynallı: "Oxusam, Rayanın ruhu şad olacaq" - VİDEO

118984

Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Raya Zeynallının Qusar şəhərində vəfatının 40 mərasimi keçirilib.

Mərasimə qatılan xalq artisti C.Zeynallı Bizim.Media-ya sevimli ömür-gün yoldaşını itirdiyi 40 gün ərzində keçirdiyi hislərdən danışıb.

C.Zeynallı Rayasız keçən bu 40 gündə onun yoxluğuna dözməyin çətin olduğunu vurğulayıb.

Deyir ki, biz bir-birimizə çox bağlı idik. Birlikdəliyimizin 25 ilini tamamlamışdıq amma həyat bizim yollarımızı Rayanın ölümü ilə ayırdı.

İfaçı, Raya xanımın gözəl şeirlər yazdığını və onun sözlərinə çoxlu mahnılar oxuduğunu deyib. Amma Raya xanım çox təvazökar insan olaraq, mahnılarda adının çəkilməsini istəməzdi.
Xalq artisti  Cavan Zeynallı, hazırda Azərbaycan Prezidentinin ona bağışladığı evdə yaşadığından da söz açıb. Həmin evin Xətai rayonunda yerləşdiyini deyərək bir daha dövlət başçısına minnətdarlığını bildirib.

"Bu  40 gündə sənət yoldaşlarınızdan kiminlə görüşmüsünüz?"sualına cavabında  isə Cavan Zeynallı söylədi ki, sənət yoldaşları onunla telefon əlaqəsi saxlayır, danışırlar.

"Mən, Eldar Mansurov, Brilyant Dadaşova, Eyyub Yaqubovla və digərləri ilə danışmışam. Sağ olsunlar, unutmurlar".

Cavan Zeynallı itkisi ağır olsa da, 1-2 aydan sonra səhnəyə çıxacağını istisna etməyib:

"Çünki Raya mənim oxumağımı çox istəyirdi. Oxusam, Rayanın da ruhu şad olacaq".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO