Məleykə Əsədova: “İki gündür özümə gələ bilmirəm” - FOTO

Məleykə Əsədova: “İki gündür özümə gələ bilmirəm” - FOTO

Hazırda oxunan: Məleykə Əsədova: “İki gündür özümə gələ bilmirəm” - FOTO

118919

“Türkiyə xalqı, acınız acımızdır. Çox böyük kədər... Sözün bitdiyi an”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Sənətçi ötən gün Türkiyənin bir neçə bölgəsində baş verən dəhşətli zəlzələdən sonra ürəkdağlayan mənzərədən söz açıb:

“Çox duyqusal insanam, 2 gündür özümə gələ bilmirəm. Göz yaşlarımı saxlaya bilmirəm. Allah özü kömək olsun türk millətinə. Ölənlərə Allahdan rəhmət, bütün türk dünyasına səbr diləyirəm.

Yaşadıqımız günlərin hər saniyəsinə Şükür edib, insani keyfiyyətlərlə yaşayaq. Bir saniyədən sonra nə olacaq bilinmir. Vətənimizə, yaşadığımız torpaqa, böyüklərimizə, yediyimiz cörəyə, Sükürlər edək, Allahı unutmayaq!”.
Qeyd edək ki, Türkiyədə baş verən 7,8 bal gücündə zəlzələdə 3 381 nəfər həyatını itirib. Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb, 5775 bina dağılıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO