Nigar anasından YAZDI: “3 il sonra ilk dəfə restorana gəldi” - FOTO

Nigar anasından YAZDI: “3 il sonra ilk dəfə restorana gəldi” - FOTO

Hazırda oxunan: Nigar anasından YAZDI: “3 il sonra ilk dəfə restorana gəldi” - FOTO

118901

Əməkdar artist Nigar Şabanova valideynləri ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi atası və anası ilə birlikdə restoranda şam yeməyi zamanı çəkilən selfisini sosial şəbəkə hesabında paylaşıb.

“Allah hamının valideynini qorusun. Atam, anam dünyamsınız. Anam üç il sonra ilk dəfə restorana gəldi. Deyirdi ki, mən bu ayaqla yük oluram sizə. Valideynləri sağlamlıqdan əziyyət çəkən övlad kimi deyirəm, bunu bacaracaqsınız. Mən bunu illər sonra bacardım. Allah bütün xəstələrə şəfa versin. Mənim də anamın ayağı açılsın”, - deyə N.Şabanova yazıb.

Qeyd edək ki, xanəndənin anası Akifə xanım iki il əvvəl xəstəxanada komatoz vəziyyətə düşüb.

Səhhətində ciddi problemlər yaşayan Nigarın valideyni son bir neçə ildə səhhətində ciddi problemlər yarandığından xəstəxanada müalicələr alıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO