Müğənni Səidə Sultan daha bir açıqlaması ilə gündəmə damğa vurub.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Fəlidən doğru xəbər” verilişində kişilərin estetik prosedur etmələrinə qarşı çıxıb.
Sultan kişilərin üzünə vurduqları botoksu başlarına qaxınc edib, onları “matışkə” adlandırıb:
“Estetiklərə çox yaxşı baxıram, gözəllikdir. Bir müddət gəldikdən sonra olmalıdır. Amma kişilər etdirirsə, onlar “matışkə”dir. Kişi heç vaxt botoks vurdurmur. Kişi elə kişidir, qulağının tükü olmalıdır, nə bilim, bığı olmalıdır. Yoxsa, əllərinə manikür-pedikür, onun mənimlə “bacı, ay bacı”, nə fərqi var?… Mən Azərbaycan kişisinə onu yaraşdırmıram”.
Rəşad Əliyev, Bizim.Media