Xəbər verdiyimiz kimi, ötən həftə aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov doğum gününü qeyd edib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzunu təbrik etmək üçün "Zaurla Günaydın" səhər şousuna Hacı Nuranın bacısı oğlu Elmir gəlib.
Proqramın aparıcıları Zaur və Günay Baxşəliyevlər Elmiri görər-görməz Hacı Nurana birə-bir bənzəməsindən təəccüblərini gizlədə bilməyiblər.
Onlar vurğulayıblar ki, Elmir ilk dəfədir ki, efirə çıxır. Məmmədov isə bildirib ki, o efirlərə çıxmağı heç sevmir.
Günay isə Elmirin Hacı Nuran kimi güldüyünü və üz cizgilərinin ona oxşadığını söyləyib.
Daha sonra Zaur mikrofonu Elmirə uzadaraq onun danışmasını və dayısını ad günü münasibəti ilə təbrik etməsini istəyib.
"Adım Elmirdi. Hacı Nuran müəllimin bacısı oğluyam. Onu ürəkdən təbrik edirəm. Can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm. Hər zaman belə gözəl insanların ətrafında olsun", - deyə Elmir qeyd edib.
Günayın "Hacı Nuranı evdə necə çağırırsınız, müraciət edirsiniz?" sualına Elmir "Dayı deyə çağırıram" deyib.
Zaurun "Hacı Nuran dayıdır yoxsa day-day?" sözlərinə isə Elmir "Hər ikisi" gülərək, qısa cavab verib.
Rəşad Əliyev, Bizim.Media