Eldar “Eurovision 2023” seçimində yaranan etirazlara CAVAB VERDİ - FOTO

Eldar “Eurovision 2023” seçimində yaranan etirazlara CAVAB VERDİ - FOTO

Hazırda oxunan: Eldar “Eurovision 2023” seçimində yaranan etirazlara CAVAB VERDİ - FOTO

118184

"Eurovision 2023” Azərbaycan seçim mərhələsinə qatılan və ölkəmizi yarışmada təmsil edəcək iştirakçıların etirazı sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.  

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov təmsilçilərin seçim mərhələsindən söz açıb.  

Sənətçi "Eurovision 2023" üçün keçirilən seçimləri ilə bağlı son günlər yaranan söz-söhbətlərə münasibətini bildirib:

"Komandamızın işinə irad bildirən, seçimlərə qatılmış iştirakçılardan birinin mahnısı müəyyən hissəsi ilə məşhur xalq mahnısı “Fəridəm” lə oxşardır. Bu isə Avroviziya qaydalarına ziddir. Bundan əlavə, artıq bilirsiniz ki, builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Narazılıq edən digər iştirakçının təqdim etdiyi mahnı bu və digər kriteriyalara uyğun olmadığı üçün növbəti mərhələyə keçməyib”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO