Nura:

Nura: "Şəbnəmin qınaq olunması, ifasına effekt qoyduğuna görədir" - VİDEO 

Hazırda oxunan: Nura: "Şəbnəmin qınaq olunması, ifasına effekt qoyduğuna görədir" - VİDEO 

117928

"Şəbnəmin özünün bir obrazı var və oradan çıxmaq istəmir. Canlı bir toyda onun ifasını görmüşəm. Çox gözəl səsi var. Amma mahnılarında səsinə effekt qoydurur, səsi başqa cür səslənir. Onu niyə edir, bilmirəm. Canlı çox gözəl oxuyur. Amma mahnılar yazdıranda hansısa effekti qoyurlar, elektron nəsə edirlər".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Sənətçi həmkarı Şəbnəm Tovuzlunun həm səsini həm də geyimini canlı efirdə müzakirə edib. Nura Şəbnəmin mahnı yazdırarkən səs effektləri verməsinə qarşı çıxıb:

"Mənə elə gəlir ki, öz səsiylə oxusaydı, tam fərqli bir ifaçı kimi qəbul olunardı. İndi daha çox qınaq olunması o ifasına effekt qoyması səbəbindəndir. Geyiminə gəldikdə isə balıq ətlidir və özünə uyğun da belə geyinir. Düşünürəm ki, burada heç kim heç nə edə bilməz. Damla xanım, Şəbnəm, Nərmin Kərimbəyova onlar heç vaxt dəyişmək istəmir, onlara elə rahatdır. Onları olduğu kimi qəbul etmək lazımdır".  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO