İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: “Xoruza, keçiyə olar, itə olmaz?” - VİDEO

İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: “Xoruza, keçiyə olar, itə olmaz?” - VİDEO

Hazırda oxunan: İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: “Xoruza, keçiyə olar, itə olmaz?” - VİDEO

117889

Dünən Bakıda şadlıq saraylarının birində maraqlı hadisə baş verib. 

Tanınmış meyxana ustaları Mehman Əhmədli, Ağamirzə və Mübariz Maştağalı şadlıq sarayındakı bir nəfərin xahişi ilə onun itinə qafiyə tutub, meyxana qoşublar.
Meyxana ustalarının bu hərəkəti sosial şəbəkələrdə qınağa və tənqidlərə tuş gəlib.

Məsələ ilə bağlı meyxana ustası Ağamirzə ilə əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, kaş mənim dostlarımın 50 faizində itdə olan vəfa olaydı:

“Noolsun, vaxtında Ağasəlim də deyib ki, bu pişik qara pişik, gətirib bizi zara pişik. Nizami də deyib “bu siçan seyri siçan, basıbdı hər yeri siçan”. Burda nə var bəgəm. Keçidən, xoruzdan yazmaq olar, itdən yazamaq olmaz?! Məclisdə itbazlar vardı. Xahiş elədilər ki, itə bir meyxana deyin. Bir itin də adını dedilər ki, bu çempiondur. Biz də qafiyə tutub meyxana dedik, noolub bəgəm?!”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO