Müğənnilər Türkan Vəlizadə ilə Vəfa Şərifova arasında mahnı üstündə qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, Türkan oxuduğu “Ceyrana bax” mahnısının Vəfa tərəfindən “yaman günə” qoyulduğunu bildirib.
Vəlizadə “Bu mahnı mənimdir. Məndən sonra hamı bu mahnını oxudu. Qoy oxusunlar. Çörək qazanırlar da... Nə olacaq ki? Həm də yaxşı mahnını oxuyarlar” deyib.
Məsələ ilə bağlı Şərifova qonaq olduğu “Xəzər axşamı” verilişində həmkarının fikirlərini münasibət bildirib:
“Heç bir sənət yoldaşımla mahnıya görə düşmən olmaq istəmirəm. Amma bir insan on milyon insanın içində necə ola bilər ki, bu qədər ağ yalan danışsın? Bunu anlamadım. 20-30 nəfər bu işin içindədir və əminliklə bilir ki, bu mahnını ilk mən oxumuşam. Məndən sonra oxuyublar. Amma belə təqdim etmirlər. Sanki mən onlardan götürmüşəm. Heç vaxt heç kimdən mahnı götürmürəm. Bütün oxuduğum mahnıları da həmkarlarıma halal edirəm. Kim nə zaman hansı formada istəyirsə, oxusun. Amma çıxıb başqa formada deməsinlər ki, məndən sonra götürdülər, yaman günə qoydular. Bu çox ayıb bir şeydir. Sənət yoldaşlarıyıq və bir mahnıdan ötəri pis olmağa dəyməz.
Bu mahnını iranlı bir müğənni oxuyub. Bu nəğmə Azərbaycanda çox dinlənilməmişdi. Zəng vurub, icazəsini aldım. Hətta pul təklif etdim. Amma götürmədi. Dedi sadəcə adımı qeyd edərsiniz.
Bu reklam olar mənim üçün və bu mənə bəsdir. Həmin zaman isə hamiləlik dövrümə düşdüyünə görə, aranjiman eləyib, lentə aldım. Amma səsim o ərəfələrdə yaxşı olmadığına görə, bir qədər mahnını gözlətdim. Türkan həmin iranlı müğənnidən bu mahnının icazəsini istəyəndə, onlar söyləyiblər ki, bu mahnının icazəsini artıq Vəfa alıb və aranjiman edib. Bu mahnını heç Türkan da pul verib almayıb”.
Rəşad Əliyev, Bizim.Media