Aparıcı Çinarə nişanlısı ilə TOYLARINDAN DANIŞDILAR

Aparıcı Çinarə nişanlısı ilə TOYLARINDAN DANIŞDILAR

Hazırda oxunan: Aparıcı Çinarə nişanlısı ilə TOYLARINDAN DANIŞDILAR

117159

“Bu yaya toy etmək istəyirik. Məhərrəmlik ayından öncə olacaq. Artıq ər evinə köçəcəy'm. Yeni inşa etdirdiyim bağ evi də biz ikimizindir. Əslində o həm də anamın arzusu idi".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva, anası və plastik cərrah nişanlısı Ruslan Rəsulla birgə qonaq olduqları “Qonağın qonağı” verilişində deyib.

Cütlük proqramda toy tarixlərindən söz açıblar. Çinarə toydan əvvəl xınayaxdı məclisi etməyəcəyini dilə gətirib:

"Ruslanın evi var, amma yeni mənzil axtarırıq. Mən böyük toy etmək istəyirəm. Ruslan deyir ki, ancaq cavanlar olacaq, yaşlı nəsil olmasın. Haradasa 100-150 nəfər olsun. Onlar da gəlib təbrik edib, getsinlər. Əsas həmkarlarım, müğənnilər olacaq, bir də həkimlər. Xınayaxdı mərasimi etmək istəmirəm. Ruslan isə söyləyir ki, etmək lazımdır. Çünki hər dəfə xınada olduğum üçün yorulmuşam. Parti tərzi etmək istəyirəm. Həm də xına aparanlar hamısı dostumdur. Məsələn, xınanı Naziləyə versəm, Fatimə inciyəcək, Fatiməyə də versəm, Xəyalə inciyəcək. Ona görə heç birinin xətrinə dəymək istəmirəm. Bağda bir kiçik bir yığıncaq edib, öz xınamı özüm yaxacam. Xətirlərinə dəymək istəmirəm, çünki hamısı dostlarımdır. Bir gündə üç xına aparanı da çağırmağım düzgün deyil. Həm də onlar arasında bir-biriləri ilə danışmayanları da var”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO