Dilarə Əliyeva: Tünzalənin qızı özü “YouTube”da görüb ki, anası dəfn olunub” - ÖZƏL

Dilarə Əliyeva: Tünzalənin qızı özü “YouTube”da görüb ki, anası dəfn olunub” - ÖZƏL

Hazırda oxunan: Dilarə Əliyeva: Tünzalənin qızı özü “YouTube”da görüb ki, anası dəfn olunub” - ÖZƏL

116901

“Bu gün Tünzalənin bacısından eşitdim ki, onun qızı Zəhra artıq anasının bu həyatda olmadığını bilir (ağlayır). Atasına belə bir söz deyib, gedək bu gecə anamın yanımda qalım”.

Bu sözləri aktrisa, Əməkdar artist Dilarə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi mərhum həmkarı Tünzalə Əliyevanın yeganə qızı Zəhranın anasının dünyasını dəyişməsini “YouTube”dan öyrəndiyini bildirib:

“Bütün gecəni Zəhra yerində ağlayıb. Məncə Tünzalə özü də bilmədən qızını öləcəyinə hazırlaşdırırdı. Uşaqdır da, onun altı yaşı var... Gecə ağlayıb və onu atası sakitləşdirib. Zəhra deyib ki, bilirəm anam yoxdur, amma o yaxşıdır.
Tünzalənin qızı ilə görüşə bilməmişəm. Çünki onu hər tərəfli qoruyurdular ki, anasının dünyasını dəyişməsini bilməsin. Uşaq özü “YouTube”da baxıb, görüb ki, Tünzalə Əliyeva dəfn olunub.

Atasına həmin videonu gətirib göstərib ki, bu nədir? Atasının da başqa çıxış yolu qalmayıb, məcbur olub anasının rəhmətə getdiyini deyib. Çox pis reaksiya verib. Bir söz deyirlər, anlanır. Bəlkədə anlanmaq istəyir ki, anası yenidən geri qayıdacaq”.

Dilarə hələ də Tünzalənin vəfat etməsi ilə barışa bilmədiyini də dilə gətirib:

“Hər gün Tünzalənin bacıları ilə danışıram. Onlar artıq bir neçə gündür ki, Ağdaşdadırlar. Ötən gün cümə axşamı idi, qayınanasıgildə. Orada yas mərasimi verirlər. Ayın 29-u isə Gəncədə yeddisi olacaq. Çox çətindir onlar üçün. Söhbət 3,7,40 və sayradan getmir. Gələn günlər hamımız üçün Tünzaləsiz çox çətin olacaq”.
Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-si uzun sürən xərçəng xəstəliyindən sonra Milli Onkoloji Mərkəzində saat 12 radələrində dünyasını dəyişib. Aktrisa yanvarın 23-ü Qurd Qapısı məzarlığında dəfn edilib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO