Jerard Pikenin Şakiranı aldatdığı yeni sevgilisi ilə ilk FOTOSU

Jerard Pikenin Şakiranı aldatdığı yeni sevgilisi ilə ilk FOTOSU

Hazırda oxunan: Jerard Pikenin Şakiranı aldatdığı yeni sevgilisi ilə ilk FOTOSU

116792

Dünya pop səhnəsinin ulduzu Şakiraya xəyanəti ilə gündəmdən düşməyən İspaniya millisinin və “Barselona”- nın sabiq müdafiəçisi Jerard Pike yeni sevgilisi Klara Çia Marti ilə ilk dəfə selfisini paylaşıb. 

Bizim.Media xəbər verir ki, yayımlanan fotoda 35 yaşlı Pike və 23 yaşlı sevgilisinin masa arxasında oturduqları əks olunub. 

Futbolçu kameraya baxarkən gülümsəyərək selfi çəkdirən sevgilisini qucaqlayıb. 

Pike və Çianın ilk birgə şəkili böyük səs-küyə səbəb olub. Lakin cütlüyə heyran olanlar azlıq təşkil edib. İzləyicilər futbolçuya Şakiranın xəyanətini xatırladaraq “Heç kim Şakira ilə müqayisə olunmur”, “Ona daha çox mürəbbə al” rəyləri ilə cütlüyün birgə fotolarını "burunlarından gətiriblər".  
Qeyd edək ki, keçən ilin iyun ayında Şakira və Jerard Pike 11 illik münasibətlərinə son qoyublar. Ayrılığa səbəb futbolçunun tələbəsi Klara Çia Marti ilə xəyanəti olub.  




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO