Xalq artisti Aygün Kazımova doğum günüdə təkcə özünə deyil, eyni zamanda sevənlərinə sürpriz edib.
Bizim.Media xəbər verir ki, ölkənin əsas ulduzu yeni klipini təqdim edib.
Aygün sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsus “Vəfasızlar unudulmur” adlı bəstəni Moskvada ekranlaşdırıb.
Vəfasızlıqla üzləşən qadın obrazını canlandıran Kazımovanın klipinin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir.
Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən ərsəyə gəlib.
Ekran işində biri-birindən beş fərqli obrazlar yaradan Kazımovanın tərzi üzərində dizayner Ülkər Zahidli çalışıb.
Rəşad Əliyev, Bizim.Media