“Oscar 2023” mükafatına namizədlərin ADLARI AÇIQLANDI

“Oscar 2023” mükafatına namizədlərin ADLARI AÇIQLANDI

Hazırda oxunan: “Oscar 2023” mükafatına namizədlərin ADLARI AÇIQLANDI

116589

Martın 12-də baş tutacaq 95-ci “Oscar 2023” akademiya mükafatının namizədlərinin adları məlum olub.  

Bizim.Media xarici mətbuatına istinadən xəbər verir ki, aktyorlar Riz Əhməd və Alison Uilyams sənayenin ən nüfuzlu mükafatlarından birinə namizədlərin siyahısını açıqlayıblar. 

Aşağıdakı ekran işləri ən yaxşı film adına namizəddirlər:  

“Qərb cəbhəsində hər şey sakit”, “Avatar: Su yolu”, “Banşi İnişerina”, “Elvis”, “Hər şey hər yerdə və bir anda”, “Fabelmans”, “Tar”,  “Top Gun: Maverick”, “Kədər üçbucağı”, “Qadınlar danışır”. 

Ən yaxşı rejissor nominasiyaları arasında Martin MkDona (Banşi İnişerina), Den Kvan & Daniel Şaynert (Hər şey hər yerdə və bir anda), Stiven Spiberq (Fabelmans), Todd Fild (Tar) və Ruben Estlund (Kədər Üçbucağı) var. 
Ən yaxşı aktyor: Ostin Batler (“Elvis”), Kolin Farrel (“Banşi İnişerina”), Brendan Freyzer (“Balina”), Pol Meskal (“Mənim günəşim”) və Bill Niqi (“Yaşamaq”) və ən yaxşı aktrisa: Keyt Blanşett (“Tar”), Ana de Armas (“Sarışın”), Andrea Riseboro (“Lesli xatirinə”), Mişel Uilyams (“Fabelmanlar”) və Mişel Yeoh (“Hər yerdə”) mükafata sahib ola bilərlər. 

“Qərb cəbhəsində hər şey sakit”, “Avatar: Su yolu”, “Batman”, “Qara Pantera: Vakanda əbədi” və “Top Gun: Maverick” vizual effektlərə görə Oskar qazana bilər. 

Rihanna və Ledi Qaqa “Ən yaxşı mahnı” nominasiyasında sözügedən mükafat uğrunda yarışacaqlar. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO