Mətanət Əsədovaya ev hədiyyə olunub? – AÇIQLAMA - VİDEO

Mətanət Əsədovaya ev hədiyyə olunub? – AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Mətanət Əsədovaya ev hədiyyə olunub? – AÇIQLAMA - VİDEO

116375

Müğənni Mətanət Əsədovaya ev hədiyyə olunub.

Bizim.Media xəbər verir ki, bu haqda “Günaydın Azərbaycan!” səhər şousunda məlumat verilib.

Sözügedən verilişin aparıcısı Xoşqədəm Hidayətqızı canlı yayımda sənətçiyə zəng vuraraq, ona mənzil hədiyyə olunduğunu deyib və onu efirə çağırıb.
Proqramın gedişatında Xoşqədəm Mətanətlə bir araya gələrək, ona hədiyyə olunan evin açarlarını təqdim edib.

Aparıcı bildirib ki, müğənniyə bu hədiyyəni onun səsinin vurğunu olan bir şəxs bağışlayıb. 

Sözügedən məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Mətanət Əsədova ilə əlaqə yaradıb. 

Müğənni “Bu yalan deyil. Məndə nə zamansa yalan nəsə görmüsünüz? Həqiqətən mənə ev hədiyyə olundu. Amma bu haqda danışmaq istəmirəm”, -  deyə açıqlama verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO