Xatirə: “Müğənnilər həyat yoldaşımdan iş istəyir” - VİDEO

Xatirə: “Müğənnilər həyat yoldaşımdan iş istəyir” - VİDEO

Hazırda oxunan: Xatirə: “Müğənnilər həyat yoldaşımdan iş istəyir” - VİDEO

116363

Müğənni Xatirə İslam açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda mayor həyat yoldaşı Fəxrəddin Musazadədən söz açıb. 

Xatirə bildirib ki, bir sıra həmkarları şəxsi işlərini həll etmək üçün Fəxrəddin bəyə zəng vururlar: 

“Fəxrəddinə bu camiyədən bilirsiniz nə qədər insan zəng edir. Biri deyir ki, Fəxrəddinin köməyi ilə qohumumu qoymadılar işdən çıxartmağa, digəri deyir ki, xalam və dayım oğluma kömək elə. Biri deyir ki, qardaşımı işə düzəlt.
Fəxrəddinə söyləyirəm ki, bunlar sənin nömrəni haradan tapır? O da məndən soruşur ki, filankəs kimdir? Hər kəsə kömək edir. Həmkarlarımdan biri işinin alınması üçün mənə deməkdənsə, başımın üstündən keçib Fəxrəddinə demişdi. Bu məsələdən xəbər tutdum, Fəxrəddinə dedim ki, onun işini düzəltmə”. 

Qeyd edək ki, X.İslam və F.Musazadə cütlüyünün Emil adında bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO