Pike Parisdə İrina Şeyklə GÖRÜŞDÜ – VİDEO

Pike Parisdə İrina Şeyklə GÖRÜŞDÜ – VİDEO

Hazırda oxunan: Pike Parisdə İrina Şeyklə GÖRÜŞDÜ – VİDEO

115886

Dünya şöhrətli supermodel İrina Şeyk və futbolçu Jerar Pike ötən axşam Parisdə baş tutan “Chicago Bulls” və “Detroit Pistons” komandaları arasında basketbol oyununda qarşılaşıblar. 

Bizim.Media xəbər verir ki, məşhurlar şəkil çəkdirərək bir-birindən uzaqlaşıblar. 

Ulduzların görüşü isə “Adore Luxy” “YouTube” kanalında yayımlanan videoya düşüb. 

İrina Şeyk tanınmış idman həvəskarıdır və onu tez-tez oyunlarda görmək olar. Model portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə sevgili olub. 

Cütlüyün münasibətləri 2010-cu ildə “Armani Exchange” reklam şirkəti üçün çəkilişlərdən sonra başlayıb. Lakin beş illik münasibətdən sonra onlar ayrılıblar. 

Jerar Pike son vaxtlar keçmiş sevgilisi müğənni Şakira ilə üstüörtülü qarşıdurması səbəbindən medianın diqqət mərkəzində olub.

Futbolçunun xəyanətini ulduz bağışlaya bilməyib və ona xəyanətinə eyham vurduğu mahnı həsr edib. Mahnıda Şakira Pikenin yeni sevgilisi, 23 yaşlı Klara Çia haqqında xoşagəlməz sözlər danışıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO