Fərdanın qalmaqallı fikirlərinə Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır” - VİDEO

Fərdanın qalmaqallı fikirlərinə Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır” - VİDEO

Hazırda oxunan: Fərdanın qalmaqallı fikirlərinə Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır” - VİDEO

115570

Aktyor Fərda Aminin “Heç zaman səhnədə qadın paltarı geyinmərəm” deməsinə həmkarı Elcan Rəsulovdan sərt cavab gəlib.

Bizim.Media xəbər verir ki, Fərdanın sözlərini həzm edə bilməyən Elcan “Şou xəbər” verilişinə qarşı tərəfi qıcıqlandıracaq açıqlamalar verib.

E.Rəsulov F.Aminin qalmaqallı fikirlərini boş sayıb:

“Sənə təklif olunan hər bir obrazı oynamalısan. Bu, sənin peşəndir və ən yaxşı şəkildə işini  etməlisən. Peşəkar aktyor deməməlidir ki, bu rolu ifa etmərəm. Bu peşəkarlıqdan uzaq olan məsələdir. İlk dəfə oynadığım elə qadın obrazı olub. Heç kim bu obrazı mənim canlandırdığımı bilmirdi”.

Elcan bu mövzuda haqlı olduğunu növbəti fikirləri ilə sübuta yetirməyə çalışıb:

“Məşhur aktyor Məlik Dadaşov “Fəryad” filmində erməni obrazını canlandırmışdı. Belə çıxır ki, Məlik Dadaşov ermənidir?”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO