Ərindən ayrılan aktrisa ağladı: “Xəstə oğluma aliment ödəmir, deyir ki, ölsün...” - VİDEO

Ərindən ayrılan aktrisa ağladı: “Xəstə oğluma aliment ödəmir, deyir ki, ölsün...” - VİDEO

Hazırda oxunan: Ərindən ayrılan aktrisa ağladı: “Xəstə oğluma aliment ödəmir, deyir ki, ölsün...” - VİDEO

115335

“Evsizin biri mən. Kirayələr kraliçasıyam. 19 ildir… Həyat yoldaşımla səkkiz ildir ki, ayrılmışam. Sadəcə bu haqda danışmırdım. Uşaqlara da özüm baxıram. Keçmiş həyat yoldaşım uşaqlarına baxmır. Deyir ki, niyə onlara baxmalıyam ki? Məhkəmə tərəfindən kəsilən alimenti də ödəmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət Əhmədova qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib. 

Səkkiz il əvvəl həyat yoldaşından ayrıldığını bildirən aktrisa ərinin 6 ildir aliment ödəmədiyini də vurğulayıb. 

“Bir-iki aydır ki, bir az aliment ödəyib. İllərlə yığılan aliment borcları qalıb, onları da vermir. 2017-ci ildən bu yana o aliment ödəmir. Bu yaxınlarda onu yenidən məhkəməyə vermişəm. Həyat yoldaşımdan uşaqlarımıza baxmadığına görə ayrılmışam. O evə də baxmırdı. Bir övladımda da sağlamlıq məhdudiyyətləri var. Qazancım çalışdığım teatrdandır, bir də görürsən ki, çəkilişlər olur. Oradan qonorar alıram. Aylıq qazancım heç 1000 manat olmur. Amma buna rəğmən iki övlad saxlayıram və kirayə qaldığım evin pulunu ödəyirəm. 300 manat kirayəyə, 100 manat da kommunala ödəyirəm. Uşaqlarım böyüyür, müəllim yanına gedir, idmana qoymuşam. Evin və uşaqların xərci hamısı mənim üstümdədir”. 

Kiçik oğlunun şəkər xəstəliyindən əziyyət çəkdiyini söyləyən aktrisa ərinin ona ölüm arzuladığını dilə gətirib. 

“Həyat yoldaşım gedib maaşını aşağa saldırıb ki, aliment ödəməsin. Sənəd göndərib ki, maaşı 800 manatdan 400 manata düşüb, buna görə də aliment ödəyə bilmir. Məhkəmə onun maaşından 70 faiz alimentə pul kəsib. Amma ödəmir. Onu məhkəməyə verib, alimentin daha da artmağına vermişəm. Xəstə uşağımızın sənədlərini də hazırlayıb, məhkəməyə təqdim etmişəm.

Bunların isə heç birini etmir. Deyir ki, neyniyim, ölür ölsün də… Yaradan Allah, öldürən Allah… Hər zaman o, belə olub. Onu adam edincə, o adamlıqdan çıxdı. Onu tanıya bilmədim. Evləndikdən sonra onun kim olduğunu bildim və yandım. Amma gec oldu. İki oğlan övladım var. Birinin 18 yaşı var, birinin isə 15 yaşı var. 15 yaşlı oğlum birinci tip şəkər xəstəsidir”. 

Əməkdar artist bütün bunlara rəğmən xəstə qardaşına da baxdığını açıqlayıb: 

“Qardaşıma da mən baxıram. O, hazırda Sumqayıtda xəstəxanadadır. Onun dalınca da mən gedirəm. Buna da şükür!”.

Maddi vəziyyətinin aşağı olduğunu və uzun illərdir kirayədə yaşadığını dilə gətirən M. Əhmədova əzab-əziyyətlə də olsa mənzil alacağını söyləyib: 

“Özümə deyirəm ki, bu il ev alacağam. Bilmirəm necə, amma alacağam. Qoy belə deyim ki, Allah mənə o evi yetirsin. Allah böyükdür. Dua edirəm”. 

Sənətçi aktyorluq peşəsini seçdiyinə görə peşmançılıq çəkdiyini də etiraf edib: 

“Bu sənətə gəlməyimə çox peşmanam. Bəlkə hər şey başqa cür olardı. 30 il əvvələ qayıtmaq istərdim. Cudo-sambo idman növü ilə məşğul olurdum. Nə bilim… Peşəkarcasına bu idman növü ilə məşğul olurdum. Mənimki hərbi idi, kaş aktyorluq sənətinə gəlməzdim. Bu sənət çox çətindir. Ömür boyu ehtiyac, möhtac içində… O aydan bu aya… Dürüst qalmaq da çox çətindir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO