Hollivudun məşhur aktyoru üzünü “kislota” ilə YANDIRDI  

Hollivudun məşhur aktyoru üzünü “kislota” ilə YANDIRDI  

Hazırda oxunan: Hollivudun məşhur aktyoru üzünü “kislota” ilə YANDIRDI  

115316

Şotlandiyalı aktyor Jerard Batler “Crash” filminin çəkilişləri zamanı təsadüfən üzünü fosfor turşusu (kislota) ilə yandırdığını açıqlayıb.  

Bizim.Media xəbər verir ki, bu barədə “NME” nəşri  məlumat yayıb. 

Yeni trillerdə pilot “Brody Torrance” obrazını canlandıran aktyor Batler uçuşdan əvvəl əyləci düzəltməyə çalışdığı səhnənin çəkilişi zamanı başına gələn hadisədən danışıb.  

“Nə etsəm də, özümü incitməyi bacarıram”, - deyə aktyor bildirib. 

Batlerin sözlərinə görə, çəkiliş meydançasında qarşısında hansı mayenin olduğunu başa düşməyib. O, həmçinin əlavə edib ki, Puerto Rikoda hava isti olub və çox tərləyib.  

Aktyorun işlətdiyi mayenin fosfor turşusu olduğu ortaya çıxıb.  

“Mən sadəcə olaraq diri-diri yanırdım” söyləyib və ağrının bir neçə saat davam etdiyini qeyd edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO