Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI - FOTO/VİDEO

Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI - FOTO/VİDEO

Hazırda oxunan: Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI - FOTO/VİDEO

115172

Müğənni Roza Zərgərli lüks mənzilini nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, “Ulduzla canlı-canlı” verilişinin çəkiliş heyəti sənətçinin dəbdəbəli mənzilinə yollanıb.

Klassik üslubda dizayn edilmiş mənzilin divarları, döşəməsi və tavanı ağ rənglə boyadılıb. Evdə olan mebel əşyaları, eləcə də aksesuarların çox hissəsi qızılı tonlardadır.

Diqqət çəkən məqam isə qonaq otağında olan ağ rəngdə piano və divarlarda asılmış portretlər olub.

Portretlərin birində evə gələn qonaqlar orada əks olunan şəxsin Ayna Sultanova olmasını desələr də, lakin Roza bunu inkar edib. O, portretdə öz şəklinin əks olunduğunu bildirib.
Zərgərlinin digər portret haqqında açıqlaması isə marağa səbəb olub:

“Həmin portretdə aynanın içində mənim əksimdir. Özüm özümə baxıram. Qucağımdakı körpə isə 40 günü tamam olmayan sənət yoldaşımın - Samirə Əliməryəmin övladı Məryəmdir. Onu evimizə gətirib, qucağımda şəklini çəkdik. Sonra həmin şəkli rəssam tabloya çəkdi. Bu tablonun mənası odur ki, hər bir qadın arzu edir ki, özünü ana görsün. Bu tablo çox maraqlı alınıb. Belə 12 ədəd rəsm əsəri var ki, orada əsas qəhrəman özüməm”.

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO