Xəbər verdiyimiz kimi, ötən həftə 25 yaşına qədəm qoyan müğənni Aysun İsmayılovaya həyat yoldaşı Eşqin Cəlilov təmtəraqlı doğum günü məclisi keçirib.
Bizim.Media xəbər verir ki, sənətçi “Maqazin plyus” verilişinə müsahibəsinə yeni yaşında ana olmaq istədiyini etiraf edib.
“Ana olmaq çox istəyirəm. Oğlum olsa adını Əlixan qoyacağıq. Bu ad Eşqinin sevdiyi addır. Çünki adda “Xan” var. Əlidə İmam Əlimiz var. Amma qız olsa hələ ad fikirləşməmişəm”, - deyə Aysun bildirib.
Anası Rəqsanə İsmayılova isə qızına “Cartier” markasına məxsus hədiyyə verdiyi dəyəri 70 min manatlıq saatdan söz açıb:
“Aysuna avtomobil hədiyyə etmək istəyirdim. Amma qızım söylədi ki, avtomobil istəmirəm. Ona görə də, Aysuna özəl hədiyyəmiz avtomobil dəyərində qiyməti 70 min manatlıq saat oldu”.
Rəşad Əliyev, Bizim.Media