Çinarə gələcək ərinin qadağalarından danışdı: “Toylara getməyəcəyəm” - VİDEO

Çinarə gələcək ərinin qadağalarından danışdı: “Toylara getməyəcəyəm” - VİDEO

Hazırda oxunan: Çinarə gələcək ərinin qadağalarından danışdı: “Toylara getməyəcəyəm” - VİDEO

114940

“Fevralın 2-si ad günümdür. Ailə qurmağımla bağlı böyük bir açıqlama edəcəyəm. Bu yay toy etməyi düşünürəm. Vağzalı çalınacaq. Xoşbəxt idim, amma bir tərəfdən kəsadlığım vardı, o da ki ailə qurmaq, övlad sahibi olmaq idi. Çox şükür ki, istədiyimə nail oluram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Televiziya ulduzu yaxınlarda ailə quracağı plastik cərrah Ruslan Rəsuldan söz açıb: 

“Seçdiyim insan elə bir şəxsdir ki, bizim sahədən olmasa da, insanları anlayan, çox ziyalı bir ailənin üzvüdür. Ən əsası isə məni olduğum kimi qəbul edir. Mənə də bu lazımdır”.

Çinarə gələcək həyat yoldaşının ona qoyduğu qadağalardan da bəhs edib: 

“Bu gündən sonra toylara aparıcı kimi getməyəcəyəm. Yalnız xına və qadın məclislərinə aparıcı kimi gedəcəyəm. Xına məclislərinə aparıcı kimi getməyə başlayanda, kiçik məbləğə gedirdim. Həmkarlarım isə elə yüksək məbləğə gedirdilər. Çünki onlara təlabat vardı, mənə isə yox. Pillə-pillə qalxdım və indi rahat qiymətimi deyirəm. Hətta deyirlər ki, biraz qiymətdə bizə endirim et. Cavab verirəm ki, məni öz xinanızda görmək istəyirsinizsə, qiymət budur. İndi çox şükür ki, başqa həmkarlarım mənə görə qiymətləri salıblar aşağı ki, təlabat olsun. Amma məni elə yüksək məbləğlə də xına məclislərinə dəvət edirlər”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO