Keçmiş "Bakılı oğlanlar" (Şən Hazırcavablar Klubu) komandasının üzvləri bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında paylaşım edib.
Aktyorlar keçmiş vaxtlarda olduğu kimi bayramı bütün komanda və ailələri ilə birlikdə keçiriblər:
"Gənclik illərində "Bakılı oğlanlar" KVN komandası Yeni ili valideynləri ilə birlikdə qeyd edirdi. Saat 12.00-dan sonra sevimli analarımızı və atalarımızı öpüb, hamımız təyin olunmuş yerə gəlirdik və bayramı şən qeyd edirdik. Sonra ənənəyə uyğun olaraq yanvarın 1-də Anar Məmmədxanovun yanına gəlirdik, yanvarın 2-də isə Timur Vaynşteynin evinə toplaşırdıq.
Beləliklə, uzun illər bunu yaşadıq - bayramın üç günü... Amma gənclik keçdi və onu təkrarlamaq mümkün deyil. İndi hər il yeni ilimiz üçün yeni bir formatla qarşılaşırıq.
Bu il uşaqlar planetin müxtəlif yerlərindən - Moskvadan, İsraildən, uzaq və çox da uzaq olmayan digər ölkələrdən gəldilər. Toplanma yeri isə mənim doğma, sevimli şəhərim Bakıdır. Oturub bayram edirik - böyüyən uşaqlarla, hətta nəvələrlə. Amma bizim nəvələrimiz olsa da, biz "Bakılı oğlanlar" olmuşuq, varıq və olacağıq".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:52 / 14.01.2023
"Bakılı oğlanlar" ailələri ilə birlikdə uzun illərdən sonra GÖRÜŞDÜLƏR - FOTO
Hazırda oxunan: "Bakılı oğlanlar" ailələri ilə birlikdə uzun illərdən sonra GÖRÜŞDÜLƏR - FOTO
Hazırda oxunan: "Bakılı oğlanlar" ailələri ilə birlikdə uzun illərdən sonra GÖRÜŞDÜLƏR - FOTO
114733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.