Ancelina Colidən dünyaya ÇAĞIRIŞ: “Bir dəqiqənizi ayırın və dinləyin“ - VİDEO

Ancelina Colidən dünyaya ÇAĞIRIŞ: “Bir dəqiqənizi ayırın və dinləyin“ - VİDEO

Hazırda oxunan: Ancelina Colidən dünyaya ÇAĞIRIŞ: “Bir dəqiqənizi ayırın və dinləyin“ - VİDEO

114694

Hollivudun dünyaca məşhur aktrisası Ancelina Coli dünyanı oğlunun həyatını xilas etmək üçün həbsxananın qapısında yalvaran iranlı ananın fəryadını eşitməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Coli bu barədə özünün “İnstagram” sosial şəbəkə hesabında video paylaşaraq çağırış edib.

"İranlı ana həbsxananın qapıları qarşısında ölkədə qaçılmaz ölüm cəzası gözlənilən oğlu Məhəmməd Qobadlunu xilas etmək üçün yalvarır. Xahiş edirəm, bir dəqiqənizi ayırın və onun səsindəki ağrını eşidin.
Təxminən eyni yaşda uşaqları olan ana kimi, qadınların həyatı və azadlığı uğrunda etirazlar başlayandan bəri öldürülən, döyülən və ya həbs olunan gənclərin analarının yaşadıqları ağrının dərinliyini təsəvvür edə bilirəm.

Analar, biz sizi eşidirik. Başqaları və İran üçün həyatlarını riskə atan cəsur sevdiklərinizi unutmuruq”, - deyə aktrisa paylaşımına şərh yazıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO