Şakira ona xəyanət edən Pikedən OXUDU - VİDEO

Şakira ona xəyanət edən Pikedən OXUDU - VİDEO

Hazırda oxunan: Şakira ona xəyanət edən Pikedən OXUDU - VİDEO

114636

Kolumbiyalı müğənni Şakira Puerto-Rikolu sənətçi Ozuna ilə birgə lentə aldığı “Monotonia” mahnısına yeni klip çəkdirib.  

Bizim.Media xəbər verir ki, “Billboard”, “Sun” və “El Pais” də daxil olmaqla bir çox nəşrlər kompozisiyada futbolçunun xəyanətlərinə görə ifaçının Jerar Pikedən ayrılması hekayəsinə çoxlu istinadlar verməsinə diqqət çəkib. 

Müğənni xorda pozulmuş münasibətləri oxuyaraq, ayrılığa nəyin səbəb olduğunu belə izah edir:

“Bu, nə sənin, nə də mənim günahımdı. Sənə heç demədim, amma incidim. Bunun baş verəcəyini bilirdim”. 

Videoda gözləri yaşla dolu müğənni baqqalda onun ürəyinə atəş açan kişi ilə qarşılaşır. Buna baxmayaraq, o, ölmür və yaşamağa davam edir.  

Pərəstişkarları videodakı adamın Pikenin geyimlərindən birinə çox bənzəyən ağ kapüşonlu və boz idman şalvarı geyindiyini söyləyirlər. Eyni görüntüdə futbolçu Şakiranın “Me Enamore” mahnısına çəkdirdiyi klipdə rol alıb, burada müğənni onların romantikasından danışıb. Pərəstişkarları əmindirlər ki, yeni videoda kişinin prototipinə məhz ulduzun keçmiş sevgilisi çevrilib. 

İfanın sözlərində müğənniyə dəyər verməyən müəyyən bir narsist insan haqqında da eşitmək olar. 

“Narsistliyinə görə məni tərk etdin, əvvəllər necə olduğumuzu unutdun. Sadəcə məni izləmək belə istəməyən birinin arxasınca qaçdım”, - deyə mahnıda Şakira oxuyur. 

Kompozisiyada melanxolik cizgilərdən əlavə, özünü sevməyin vacibliyi haqqında son dərəcə həyatı təsdiqləyən ifadələr də var:

“Mən səni sevirəm, amma özümü daha çox sevirəm”.

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə 2010 FIFA Dünya Kubokunun himni olan “Waka Waka” mahnısının çəkilişləri zamanı tanış olublar. Cütlük vətəndaş nikahında yaşayıb və iki oğul böyüdüb: doqquz yaşlı Milan və yeddi yaşlı Saşa. 
 
2022-ci ilin yayında 12 illik evlilikdən sonra məşhurların ayrılması məlum olub. Bundan bir qədər əvvəl Kataloniya nəşri “El Periodico” qeyd edib ki, idmançı mütəmadi olaraq “müxtəlif qadınlar”ın müşayiəti ilə gecə klublarına baş çəkib. 
Daha sonra media Pikenin Barselonadakı 17 yaşlı komanda yoldaşının anası Qavi ilə Şakiranı aldatdığı barədə məlumatlar yaymağa başlayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO