Mərhum Xalq artistinin qızı türkiyəli müğənniyə ƏRƏ GEDİR? - VİDEO

Mərhum Xalq artistinin qızı türkiyəli müğənniyə ƏRƏ GEDİR? - VİDEO

Hazırda oxunan: Mərhum Xalq artistinin qızı türkiyəli müğənniyə ƏRƏ GEDİR? - VİDEO

114353

İkinci dəfə ailə qurmaq üçün “Elgizlə izlə” ictimai-sosial verilişinə pənah gətirən mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər türk həmkarı Barış Kömürcüoğlu ilə münasibətlərindən söz açıb.

Bizim.Media xəbər verir ki, ifaçı türk həmkarı ilə dostlaşdığını və münasibətlərinin isti olduğunu açıqlayıb.

“Verilişə gələndə bilmirdim ki, belə hadisələr yaşanacaq. Barışı illər əvvəl iştirak etdiyi “Pop star” mahnı yarışması ilə tanımışam. Özünə də söylədim ki, səni oradan tanımışam. Onun səsini və sənətini bəyənmişəm.
Heç zaman bir bəyin xarici görünüşünə baxıb “Necə yaraşıqlı oğlandır? bununla münasibət qurardım” düşüncəm olmayıb. Barışı verilişdə gördüm, onunla dostlaşdım. Bir-birimizi bəyəndik. Bir tərəfli danışmıram. Söhbət tək qadın-kişi münasibətlərindən getmir.

Ən başda bir bir-birimizi insan kimi bəyənmişik, dərdləşib, danışmışıq. Bizim hələ dost münasibətlərimiz var. Əgər biz bir-birimizi çox istəsək... Sevgi münasibətlərindən danışmıram, bir-birimizi başa düşəriksə, münasibətlərimizə heç kim qarışa bilməz.

Əgər bir insan insana bağlanırsa, darıxırsa, qəlbi yanırsa o artıq bir sevgidir. Barış düşünməsin ki, o, Azərbaycanda təkdir. Onun burada bir ailəsi var. Nə zaman nəyəsə ehtiyacı olarsa, mən də, anam da, ailəmiz də onun yanındayıq. Barış, səni çox istəyirəm.
Bizim dostluğumuz da olacaq. Əgər münasibətlərimiz daha ciddi olarsa, o zaman bununla bağlı mediaya açıqlama verərik”, - deyə Ülkər söyləyib.

Barış isə Ülkərin bu sözləri ilə həmfikir olduğunu dilə gətirib.

Qeyd edək ki, Ülkər Yaşarqızı bir dəfə ailəli olub. Lakin cütlük illər sonra boşanıblar.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO