Aftandil İsrafilovun SƏHHƏTİ NECƏDİR? - ÖZƏL

Aftandil İsrafilovun SƏHHƏTİ NECƏDİR? - ÖZƏL

Hazırda oxunan: Aftandil İsrafilovun SƏHHƏTİ NECƏDİR? - ÖZƏL

114160

“Yeni ildən bir neçə gün əvvəl Aftandil müəllim Badamdarda yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalını tərk edib. O hazırda evdə müalicə alır”. 

Bu sözləri Xalq artisti Aftandil İsrafilovun həyat yoldaşı Zemfira İsrafilova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

81 yaşlı sənətkarın həyat yoldaşı bildirib ki, qarmon ustadı ötən günlərə nisbətən özünü daha yaxşı hiss edir: 

“Aftandil müəllim özünü yaxşı hiss etsə də, amma hələ də zəyifdir. Ona iynələr və sistemlər vurulur. Təngənəfəsliyi var. Bu təngənəfəsliyi aradan qaldırmaq üçün isə inqolyasiya prosedurları edilir. İnqolyasiyanın köməyi ilə həmçinin onun bronxları təmizlənir. 10 gündən bir “uzi” prosedurundan keçir. Aftandil müəllimin prostat vəzin adenoması xəstəliyi var. Bu xəstəliyi aradan qaldırmaq üçün isə o əməliyyat olunmalıdır. Əməliyyata qədər isə o müalicə olunaraq sağlamlığını bərpa etməlidir ki, həkimlər onu əməliyyata götürə bilsinlər”.  

Zemfira xanım həmçinin vurğulayıb ki, Aftandil İsrafilovun evdə əhvalını yüksək tutmağa çalışırlar: 

“Çalışırıq sənətkarı pozitivə kökləyərək. Onun sevdiyi Eyyub Yaqubovun ifalarını, Aygün Səmədzadənin bəstələrini dinlədirik. Eyni zamanda Rafael ilə Coşqunu çox sevdiyindən “Bu şəhərdə”nin konsertlərinə baxır”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO