"Qızıl Qlobus"da azərbaycanlı aktrisa BƏRQ VURDU - FOTO

Hazırda oxunan: "Qızıl Qlobus"da azərbaycanlı aktrisa BƏRQ VURDU - FOTO

114127

Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerika kino mükafatı Qızıl Qlobus (Golden Globus Awards) ötən axşam qaliblərə təqdim edilib. 

Bizim.Media xəbər verir ki, sözügedən nüfuzlu mükafatlanma mərasimindən sonra düzənlənən “after party” azərbaycanlı rejissor və aktrisa Təhminə Rafaella da iştirak edib. 

Bu haqda isə sənətçi sosial şəbəkə hesabında məlumat verib. O, sözügedən mərasimin qırmızı xalısında bir sıra məşhurlarla fotolar çəkdirərək, izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, 79-cu "Venesiya Film Festivalı" çərçivəsində təqdim edilən  "Banu" filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaella ötən ilik oktyabrında amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə ailə qurub. 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO