Aktrisa Ülviyyə: “Allah məni bu günah işdən çəkindirdi” - FOTO

Aktrisa Ülviyyə: “Allah məni bu günah işdən çəkindirdi” - FOTO

Hazırda oxunan: Aktrisa Ülviyyə: “Allah məni bu günah işdən çəkindirdi” - FOTO

114019

“Keçən ilin bu günü “küvöz”ə düşdüyü üçün gec paylaşmışdım. Onu arzulamadığıma görə bu vəziyyətdən özümü günahlandırmışdım. Çox qarışıq, beynimin əsəb, stressdən pozulduğu bir vaxtda gəldin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkə hesabında yazıb. 

Oğlu Rəsul ilə birgə xəstəxanada çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşən aktrisa ikinci övladı ilə bağlı paylaşım edib: 

“Nə yaxşı ki, Allah buna icazə verdi. Məni günah işdən çəkindirdi. Yaxşı ki, varımsan. Sən ananın günəşisən, çünki həyatıma yenidən işıq, nur gətirdin. Qapanmış gözlərimi açdın. Əslində əyilməz və heç kimin köləsi olmayacaq qədər güclü bir ana olduğumu xatırlatdın. Canım oğlum, Rəsulum, 1 yaşın mübarək. Nur üzlüm, məsum simalım, Allah səni qorusun, mələyim”. 

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli həmkarı Murad İsmayılla evlidir. Cütlüyün Fuad adlı bir oğlu da var. Bir müddət əvvəl Ülviyyə Muradla aralarında problemlərin olduğunu açıqlamışdı. 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO