Bred Pitt kino biznesindən uzaqlaşır? - FOTO

Bred Pitt kino biznesindən uzaqlaşır? - FOTO

Hazırda oxunan: Bred Pitt kino biznesindən uzaqlaşır? - FOTO

113801

Dünyaca məşhur aktyor Bred Pitt şəxsi prodüser şirkətinin səhmlərinin əksəriyyətini satdıqdan sonra Hollivuddan "geri addım atmağa" hazırlaşır. 

Bizim.Media “Page Six” nəşrinə istinadə xəbər verir ki, ulduz Fransaya köçməyi və orada hobbilərinə (şərabçılıq, təsviri incəsənət və mebel istehsalı – red.) zaman ayıra biləcəyini planlaşdırır. 

Lakin, Pittin yaxın dostu onun aktyorluq karyerasına “O, Hollivudu tərk etmir” sözləri ilə sadiq qaldığını israr edib. 
Aktyora yaxın mənbə bildirib ki, “Bred çox güman ki, filmlərdə rol almağa davam edəcək, lakin kino biznesindən uzaq qalacaq”. 

Qeyd edək ki, B. Pitt 2001-ci ildə həmkarı və keçmiş həyat yoldaşı Cennifer Enistonla birlikdə “Plan B Entertainment”i qurub və boşandıqdan sonra şirkətin yeganə sahibi olub. Onun üç layihəsi ən yaxşı film nominasiyasında Akademiya Mükafatını qazanıb – “The Departed”, “12 Years a Slave” və “Moonlight”. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO