Xəbər verdiyimiz kimi, dünən gecədən başlayaraq paytaxt Bakıya qar yağıb.
Bizim.Media xəbər verir ki, məşhur fitnes məşqçi Kamil Zeynallı yolları qar və buzdan təmizləyən təmizlik işçiləri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Kafelərin birinin çölündə çay içən idmançını görən təmizlik işçiləri Kamilə yaxınlaşaraq, onunla xatirə şəkil çəkdirmək istəyiblər.
“Bilirsən səni nə qədər çox istəyirik? Allah balanı saxlasın. Sevindik. Deyəcəyik ki, Kamil Zeynallını gördük. Gəl səninlə xatirə şəkli çəkdirək. Kamili tapmışıq, gəlin şəkil çəkdirək”, - deyə xanım təmizlik işçisi vurğulayıb.
Zeynallı isə onların bu istəyini yerinə yetirib və həmin anları lentə alaraq izləyiciləri ilə bölüşüb.
İdmançı paylaşdığı görüntülərə “ Zəhmətkeş xanımlarımız. Biz isti evlərimizdə, avtomobillərimizdə, işimizdəyik. Amma bu xanımlar soyuqda küçədə işləyirlər. Bu əziyyət çəkən insanların qədrini bilək. Çox gözəl, pozitiv xanımlar idi. Çay içdiyimi görüb, mənimlə şəkil çəkdirmək istədiklərini söylədilər. Xoş sözlər deyib, zarafatlar elədilər. Oturduğum məkan isə onlara isti çay verdi. Əlbəttə ki, məndə onları əli boş yola salmadım. Allah sizləri qorusun!” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media