Xuraman: “Evdə qışqırıb-bağırıb, qonşuları bezdirən mənəm” - VİDEO

Xuraman: “Evdə qışqırıb-bağırıb, qonşuları bezdirən mənəm” - VİDEO

Hazırda oxunan: Xuraman: “Evdə qışqırıb-bağırıb, qonşuları bezdirən mənəm” - VİDEO

113728

“Dörd övlad, əsgər böyütmək asan deyil. Çox çətindir. Elə məqamlar var ki, övladlarımın yanında olmaq çox önəmlidir. İki oğlan, iki qızım var. Allah onları bəd nəzərdən qorusun”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Dörd uşaq anası olan sənətçi övladlarına qoyduğu qadağalardan söz açıb: 

“Uşaqlarım həm məndən, həm də atasından qorxur. Böyük oğlum Muhammedə deyirəm ki, sən bu hərəkəti etdin, amma atana deməyəcəyəm. Çalış, özünü daha yaxşı apar. Onu atası ilə qorxuduram. Amma həyat yoldaşım əzazil, əl qaldıran deyil. O mənəm evdə qışqırıb-bağırıb, qonşuları bezdirən. Telefonla oynamaqlarını və bir-birinə nəyisə inandırmaq üçün and içmələrinə qadağan etmişəm və qəti şəkildə icazə vermirəm. Bir-birini vurmağı onlara icazə vermirəm”. 

X.Şuşalı uşaqlarının şou-biznesdə olmasını istəmədiyini vurğulayıb. İfaçı bildirib ki, onlar xarici dillər öyrənirlər: 

“Övladlarım xarici dillər öyrənirlər. Beş yaşdan sonra rus dilini öyrənməyə başladılar. İndi ingilis dilini öyrənməyə çalışırlar. Böyük oğlum alman dilinə yiyələnmək üçün cəhdlər edir. İstəyirəm ki, övladlarım ərəb dilini də bilsinlər. Uşaqlarımın öz niyyətləri, arzuları var. İstəmirəm ki, onlar şou-biznesə meyillənsinlər. Valideyn övladına heç zaman pis məsləhət verə bilməz. Əsas odur ki, günah etməsinlər. İstəmirəm ki, uşaqlarım zamanlarını tədbirlərə, konsertlərə ayırsınlar”. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO