Murad Arif: “Bəstələdiyim mahnılar “Avroviziya”dan keçməyib” - VİDEO

Murad Arif: “Bəstələdiyim mahnılar “Avroviziya”dan keçməyib” - VİDEO

Hazırda oxunan: Murad Arif: “Bəstələdiyim mahnılar “Avroviziya”dan keçməyib” - VİDEO

113708

Bəstəkar-müğənni Murad Arif "Avroviziya" üçün bəstələdiyi bir sıra mahnılardan söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı bildirib ki, "Şou nömrə bir" mahnısını "Avroviziya" müsabiqəsi üçün bəstələsə də nəğmə qəbul edilməyib.

"Şou nömrə bir" mahnım "Avroviziya"da seçilmədiyi üçün bu nəğməni Xalq artisti Aygün Kazımovaya vermişəm", - deyə M.Arif vurğulayıb.
Murad bu mahnıdan başqa "Qələbə" mahnısını da müsabiqə üçün ingilis dilində versiya ilə nümayəndə heyətinə təqdim etdiyini açıqlayıb.

Sözügedən nəğmə “Avroviziya” üçün seçilmədiyinə görə də müğənni mahnını öz repertuarına daxil edib.

Murad Arif eyni zamanda bir neçə digər mahnıları da "Avroviziya" üçün göndərdiyini, lakin sözügedən yarışmanın Azərbaycan heyətinin hər dəfə xarici mahnı seçdiyindən gileylənib.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO