Qurd ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminov pianoçu həyat yoldaşı Leyla Namazzadə ilə Gürcüstana qış tətilinə yollanıblar.
Bizim.Media xəbər verir ki, Tiflis şəhərini qarış-qarış gəzən məşhur cütlük milli mətbəxin dadına baxıblar, şəlalə və şəhərə açılan möhtəşəm mənzərə önündə şəkillər çəkdiriblər, küçə musiqiçilərin ifaları altında rəqs ediblər.
Həmin anları isə Leyla sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Aşiqlər, həmçinin romantik şam yeməyinə də gediblər. Orada isə Qurd həyat yoldaşına sevdiyi bahalı ətiri də hədiyyə edib.
Qeyd edək ki, Fərid Eminov məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızı, pianoçu L.Namazzadə ilə evlidir. Cütlüyün Suğra adında bir qız övladı var. Bu, Fəridin ikinci evliliyidir.
Belə ki, repçi 7 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media