Qoyun qığından özünə geyim hazırlatdıran Elza: “Qoxusu insan üçün müalicədir” – VİDEO

Qoyun qığından özünə geyim hazırlatdıran Elza: “Qoxusu insan üçün müalicədir” – VİDEO

Hazırda oxunan: Qoyun qığından özünə geyim hazırlatdıran Elza: “Qoxusu insan üçün müalicədir” – VİDEO

113520

“Dişlərə konsert verəcəyəm. Dişlərə aid mahnım da, şeirim də var. Bu, bir layihədir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Səhərin səsi” verilişində deyib. 

Dişlərə konsert verəcəyinin anonsunu verən sənətçi bu layihənin həm maraqlı, həm də bahalı olduğunu vurğulayıb: 

“Deyəndə ki, dişlərlə bağlı konsert verəcəyəm, təəccüblənirlər. Niyə axı? Gözlərə, saçlara, ürəyə mahnılar var... Dişlər həm sağlamlıq, həm də gözəllikdir. Onun da qeyri-adi səhnə dekoru var. Bu layihələr həm maraqlıdır, həm də maddi baxımından bahalıdır. Dünya səviyyəsində layihədir”. 

Aylar əvvəl özünə qoyun qığından libas hazırlatmağa başladığını açıqlayan sənətçi bildirib ki, hələ də bu geyim hazır olmayıb. 

“Qoyun qığından geyim hazırlanacaqdı. Stilistlər bu geyimi düzəltmək üçün axın etdilər. Amma gördüm ki, onlar bunu doğru dərk etmirlər. Bu, bacım Lalə Seyidcahanın layihəsidir. O bu layihəni necə görürsə, elə də edəcək. Yaxından baxanda əl vuranda biləcəksən ki, bu libas qoyun qığındadır. Amma uzaqdan baxanda bunu bilməyəcəksən.

Elə başa düşürlər ki, əgər geyim qoyun qığındandırsa, sapa düzüləcək, qulağına və ya sinənə asacaqsan. Amma bu elə deyil. O paltar başqa cür olacaq. Qoyun qığından hazırlanacaq geyimin öz fəlsəfəsi var”, - deyə Elza qeyd edib. 

Verilişin aparıcısının “Bəs qoyun qığının qoxusu olamayacaq?” sualına Əməkdar artistin cavabı belə olub: 

“Hazırlanacaq geyim əsl qoyun qığından olacaq. Təbii ki, iyisi olacaq. Qoyun qığının qoxusu insan üçün müalicədir. Qoyun yeganə heyvandır ki, dırnağından tutmuş bağırsağına kimi yeyilir. Əgər qoyunun bağırsağından iyrənirlərsə, onda onu “cız-bız” edib, niyə yeyirlər? Qoyunu kəsən kimi birinci onun bağırsağını yeyirlər”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO