Murad “Avroviziya” mahnı seçimlərini QINADI: “Proses müəmmalı olmamalıdır” - FOTO 

Murad “Avroviziya” mahnı seçimlərini QINADI: “Proses müəmmalı olmamalıdır” - FOTO 

Hazırda oxunan: Murad “Avroviziya” mahnı seçimlərini QINADI: “Proses müəmmalı olmamalıdır” - FOTO 

113399

Bəstəkar-müğənni Murad Arif nüfüzlu “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı qalmaqallı post paylaşıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Twitter” sosial şəbəkə hesabında yazıb.  

Beləki, Murad ona ünvanlanan “Murad Arif Avroviziya 2023 üçün mahnı yazıb?” sualına sərt cavab verib:

“Nə zaman ölkədə açıq mahnı seçimləri keçirilsə, o zaman yazacağam. Yoxsa ki, dəfələrlə müğənnini bilmədən mahnılar yazdıq. 3 gündən sonra xaricdə çəkilmiş klipləri ilə Avroviziya təmsilçimizi elan etdilər. Belə müəmmalı olmamalıdır proses! Belə olunca da heç kim canını qoymaz”.
Qeyd edək ki, ötən ilin dekabrın səkkizi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimini elan edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO