Məşhur repçinin klip çəkilişində ATIŞMA: Yaralılar var – VİDEO

Məşhur repçinin klip çəkilişində ATIŞMA: Yaralılar var – VİDEO

Hazırda oxunan: Məşhur repçinin klip çəkilişində ATIŞMA: Yaralılar var – VİDEO

113397

Mərakeş əsilli amerikalı repçi Frenç Montananın klip çəkilişi zamanı atışma olub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, insident ötən gün Florida ştatının Mayami-Qardens şəhərində yerləşən “The Licking” restoranının yaxınlığında baş verib. 

Hadisə nəticəsində 10 nəfər yaralanıb. Xəsarət alanlardan birinin vəziyyəti isə ağır qıymətləndirilib. Kiminsə kütləyə atəş açması və ya atışma olub-olmadığı isə hələ dəqiqləşdirilməyib. 
Hadisəyə şahidlik edənlərdən biri Sed Moqul bildirib ki, ekran işinin çəkilişlərində iştirak edənlərdən birinin saatı, pul kisəsi oğurlanıb. 15-ə yaxın güllə səsləri bir-birini əvəzləyib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO