"3 pomidor, 1 xiyarla qəhrəman oldular" - Röya

Hazırda oxunan: "3 pomidor, 1 xiyarla qəhrəman oldular" - Röya

11339

"Hamının yığdığı, pulu var. Sonuncu dəfə qazancım martda oldu. Pandemiyaya görə xəstəxanalara ödəniş etdim. Elə şeylərdən qaçıram".

"Ortada özünü göstərib, 3 pomidor, 1 xiyarla qapı-qapı gəzib oldular "qəhrəman". Onu da öz pulları ilə yox, başqalarının pulu ilə edirdilər".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "10-da görüşək" proqramında deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Röyadan efirdə növbəti BİABIRÇILIQ - VİDEO


Müğənni xeyriyyə işləri ilə məşğul olan tanınmışlardan danışıb. O bildirib ki, bu cür işlərə qoşulmağa imkanı olmayıb:

"Nə qədər varımdır, o çərçivədə yaşayıram. Mənim də yaxşı dostlarım var, deyərdim 50 min ayır. Gedib 20 minini cibimə qoyardım, 30 minə də pomidor-xiyar alıb qapı-qapı gəzərdim. Martdan sonra işləməmişəm. Çox böyük ailəm var".

"Çox istəyərdim imkanım olsun, orduya kömək edim. Durum kimdənsə borc alım orduya kömək edim? Bu, Allaha xoş getməzdi. Həm də dövlətim güclüdür və hər şey etdi. Durum ağlayım? Hamı işləmir. Biz də nəyimiz var idi xərclədik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO