Jony

Jony "Maska" şousunda çıxışı ilə Kirkorovu HEYRƏTLƏNDİRDİ - VİDEO

Hazırda oxunan: Jony "Maska" şousunda çıxışı ilə Kirkorovu HEYRƏTLƏNDİRDİ - VİDEO

113222

Rusiya və MDB ölkələrində Jony ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli NTV kanalında yayımlanan "Maska şou" layihəsinin Yeni il buraxılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, sənətçi sözügedən layihədə timsah geyimində səhnəyə çıxıb. 

Jony şounun birinci və ikinci mövsümlərinin qalibləri - Anatoli Tsoi (Aslan) və İldar Abdrazakov (Əjdaha) ilə bərabər dillərdə əzbər olan "Belle" adlı ariyanı səsləndirib.
“Bu heyrətamiz idi... Heç nə demək istəmirəm. Alqışlar! Çünki çıxışın inanılmaz dərəcədə gözəldir", - deyə Rusiyanın Xalq artisti Filipp Kirkorov fikirlərini ifadə edib.

Qeyd edək ki, "Maska" layihəsinin ikinci mövsümünün qalibi, azərbaycanlı müğənni Cahid Hüseynli olub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO