Zamiq Hüseynov:

Zamiq Hüseynov: "Geyimlərimi kasıb qohumlarıma verirəm"

Hazırda oxunan: Zamiq Hüseynov: "Geyimlərimi kasıb qohumlarıma verirəm"

113207

Müğənni Zamiq Hüseynovun açıqlaması müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, sənətçi "Xəzər axşamı" proqramında istifadə etdiyi geyimlərindən danışıb. İfaçı paltarları geyindikdən sonra imkansız qohumlarına verdiyini açıqlayıb:

“Qohumlar arasında çox kasıb insanlar var. Hər üç, dörd aydan bir geyimlərimi onlara verirəm.

Deyirlər ki, güya geyimləri kiməsə verəndə öz enerjini onlara verirsən. Amma mən bu deyimlərə inanmıram. İllərdir ki, geyimlərimi qohumlarıma verirəm. Hansı qohumum mənimlə eyni ölçüdədirsə, ayaqqabılarımı, pencəklərimi və sairə əşyalarımı bağışlayıram", - deyə Zamiq Hüseynov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO