Zamiq:

Zamiq: "Geyimlərimi kasıb qohumlarıma verirəm" - VİDEO

Hazırda oxunan: Zamiq: "Geyimlərimi kasıb qohumlarıma verirəm" - VİDEO

113104

Müğənni Zamiq Hüseynov qarderobunda olan geyimlərindən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində bildirib ki, geyinmədiyi köhnə geyimlərini maddi vəziyyəti aşağı olan qohumlarına verir.

"Qohumlar arasında çox kasıb insanlar var. Bir çox geyimlərimi hər uç, dörd aydan bir onlara bağışlayıram.

Deyirlər ki, güya geyimləri kiməsə verəndə öz enerjini onlara verirsən. Amma mən bu deyimlərə inanmıram. İllərdir ki, geyimlərimi qohumlarıma verirəm. Hansı qohumum mənimlə eyni ölçüdədirsə, ayaqqabılarımı, pencəklərimi və sairə əşyalarımı bağışlayıram", - deyə Zamiq vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO