Əməkdar artist Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə illər əvvəl duet oxuması muğam üzrə müəllimi Xalq artisti Arif Babayevin tənqidi ilə qarşılandığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda "ATV səhər" verilişinin çəkiliş heyəti ilə birlikdə muğam ustadı, Xalq artisti Arif Babayevin evində qonaq olduğu zaman danışıb.
Könül Namiqlə duet oxuduqdan sonra Arif Babayevin tənqid edəcəyindən qorxub, bir müddət onun gözünə görsənmədiyini dilə gətirib.
"Bir gün meyxanaçı Namiq Qaraçuxurlunu dəvət etdilər ki, onunla bir iş görüm. Dedim ki, Arif Babayev (Xalq artisti, Könül Kərimovanın müğam üzrə müəllimi - red.) eşitsə, bilsə dəhşət, biabırçılıq olacaq. Ona nə cavabını verəcəyəm? Dediyim kimi də oldu. Namiqlə duetimiz oldu. Çox gözəl qəbul olundu.
Amma qorxumdan Arif müəllimin gözünə görsənə bilmirdim. Bir də gördüm ki, Arif müəllimdən müsahibə alırlar. Ona sual verdilər ki, tələbələriniz haqda hansı fikri söyləyə bilərsiniz? "Heç nə, nə deyəcəyəm, tələbələrim keçib, meyxana oxuyurlar!" cavabını verdi", - deyə K.Kərimova bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:50 / 04.01.2023
Könül: “Namiqlə duet oxuduqdan sonra Arif Babayevin gözünə görsənməkdən qorxurdum” - VİDEO
Hazırda oxunan: Könül: “Namiqlə duet oxuduqdan sonra Arif Babayevin gözünə görsənməkdən qorxurdum” - VİDEO
Hazırda oxunan: Könül: “Namiqlə duet oxuduqdan sonra Arif Babayevin gözünə görsənməkdən qorxurdum” - VİDEO
113089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.