Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən baş qaldırıb.
Bizim.Media xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında qarmon ifaçısı deyib. O bildirib ki, yenidən kimyaterapiya alır:
“Bu xəstəlik canımda var, getmir. Yenidən kimyaterapiyalara başlamışam. Yaxşıyam”.
G.Şükürlü aparıcı Zaur Kamalın efirdə onun üçün sənət adamlarından maddi dəstək istəməsinə də münasibət bildirib:
“Bu, mənim istəyimlə olmayıb. Zaur dəfələrlə efirə qonaq çağırdı, getmədim. Küsdü, mən də açıb dedim ki, kimyaterapiya alıram. Müalicə bahalıdır. Zaurun da canı yanıb, belə bir addım atıb. Efirdə deyib ki, sənət adamları dəstək olsunlar”.
Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:25 / 03.01.2023
Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlandı
Hazırda oxunan: Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlandı
Hazırda oxunan: Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlandı
112960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.