Müğənni Türkan Vəlizadə duet ortağı Şəbnəm Qəhrəmanovanın mal-mülkünün kreditdə olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi həmkarı ilə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda danışıb.
Şəbnəm bildirib ki, Yeni İl gecəsi beş fərqli məkanlarda çıxış edib və qazancını yığılıb-qalan borclarına xərcləyib.
"Məkanlarda çıxış etdikdən sonra, aldığım qonorarla borclarımı bağlamışam. Borc yiyələrin kartına pulları göndərmişəm. Böyük məbləğdə borclarım yox idi", - deyə Şəbnəm vurğulayıb.
Bunu eşidən Türkan "Şəbnəmin avtomobili kreditdədir. İşləyib, onun pulunu ödəyir. Bunu ona görə deyirəm ki, onu toya daha çox dəvət etsinlər. O da kreditlərini ödəyə bilsin. Şəbnəmin qaldığı ev plana düşməlidir. Beş ildir gözləyir ki, nə zaman evi söküləcək. Amma bir xəbər yoxdur" sözlərini dilə gətirib.
Vəlizadənin bu çıxışına Qəhrəmanova "Kreditdə evim yoxdur. Anam bütün qızıllarımızı qoyub lombarda" söhbətə nöqtə qoyub.
Qeyd edək ki, Şəbnəm Qəhrəmanovanın bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:40 / 01.01.2023
Şəbnəm Qəhrəmanova: \"Anam bütün qızıllarımızı lombarda qoyub\" - VİDEO
Hazırda oxunan: Şəbnəm Qəhrəmanova: \"Anam bütün qızıllarımızı lombarda qoyub\" - VİDEO
Hazırda oxunan: Şəbnəm Qəhrəmanova: \"Anam bütün qızıllarımızı lombarda qoyub\" - VİDEO
112732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.