Müğənni Roza Zərgərli ərə getmək üçün "Bizimləsən" ictimai-sosial verilişinə gəlib.
Bizim.Media xəbər verir ki, sözügedən proqramın canlı efirinə çıxan sənətçi yenidən ailə qurmaq istədiyini açıqlayıb.
Verilişin aparıcısı Zaur Baxşəliyevin "Sənin evlənməklə bağlı qərarın yəqin ki, şou deyil?" sualına Rozanın cavabı belə olub:
"Xeyr, şou deyil. Subay xanımam. Ailə qurmadan heç kimi sevə bilmirəm. Sevib, sonra ailə qururam. Sevəndən sonra ailəmlə yaşayıram. Niyə də yenidən ailə qurmayım ki? Verilişinə mənə elçi çıxmaq istəyən bəylər gələrlər. Onların içində hansı bəyi bəyənsəm, arxasınca verilişinə gələcəyəm. Sənə burada söz verirəm. Həmin şəxs kasıb, mərd olsun yox. Bacarıqlı və mərd olsun. Şaxmat oyunundan götürərək.
Piyadadan şah düzəldə bilirəm. Bəli, mən o qadınlardanam. Bəyəndiyim insanı, səninlə kulis arxasında danışacağam, sonra da efirə girib, əlindən tutacağam".
Qeyd edək ki, Roza Zərgərli maqazin verilişlərin birində həyat yoldaşı ona xəyanət etdiyi üçün onda rəsmi olaraq boşandığını açıqlamışdı. Müğənninin Bənövşə adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:59 / 01.01.2023
Roza Zərgərli ərə getmək üçün EFİRƏ ÇIXDI - VİDEO
Hazırda oxunan: Roza Zərgərli ərə getmək üçün EFİRƏ ÇIXDI - VİDEO
Hazırda oxunan: Roza Zərgərli ərə getmək üçün EFİRƏ ÇIXDI - VİDEO
112729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.